Yaponiyada “Talas” qasırğası 30 insanın həyatına son qoyub

Yaponiyada “Talas” qasırğası 30 insanın həyatına son qoyub

"Talas" qasırğası Yaponiyada 30-a qədər insanın həlak olması ilə nəticələnib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 54 nəfərin isə itkin düşdüyü xəbər verilir. Rəsmi məlumatlara görə, ucqar rayonların dünya ilə əlaqəsi kəsilib. Bu ərazilərdə azı 600 adam qalıb. Xilasetmə işlərində hərbçilər və Yaponiyanın özünümüdafiə dəstələri çalışır.

Qeyd edək ki, Yaponiya ərazisinə daxil olan \"Talas\" qasırğasına görə, 330 aviareys təxirə salınıb, avtomobil yollarında isə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Güclü küləklə müşayiət olunan leysan xarakterli yağışlar Sikoku adasında yerləşən Koti prefekturasında subasma və torpaq sürüşməsinə səbəb olub.

Təxminən, 60000 yaşayış evinin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb. Mütəxəssislər yaxın 2 gün ərzində \"Talas\" qasırğasının Honsü adasının qərb və şərq hissəsində müşahidə olunacağını proqnozlaşdırır

Bütün xəbərlər Facebook səhifəmizdə