İslam Əməkdaşlığı Təşkilatının Baş katibi İkmaləddin İhsanoğlu Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğluya zəng vuraraq İsraillə əlaqədar qəbul olunmuş qərarları dəstəklədiyini bildirib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İ.İhsanoğlu İsrailin Qəzza bölgəsinə tətbiq etdiyi qanunsuz blokadanın aradan götürülməsi istiqamətində beynəlxalq aləmin daha artıq təzyiq göstərməsi gərəkdiyini deyib.
İkmaləddin İshanoğlu Qəzza bölgəsinə qarşı blokadanı qanuni hesab edən istənilən hesabatın qəbul olunmayacağını da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB