İran XİN-i: “NATO-nun radarı regionda qarşıdurma yarada bilər”

İran XİN-i: “NATO-nun radarı regionda qarşıdurma yarada bilər”

Türkiyə ərazisində ABŞ və NATO tərəfindən yaradılmaqda olan raket hücumundan müdafiə sistemi çərçivəsində erkən xəbərdarlıq radarının yerləşdirilməsi regionda təhlükəsizliyi artırmayacaq. SİA-nın İRNA-ya istinadən verdiyi xəbərinə görə, bunu İran xarici işlər nazirinin hüquqi və konsulluq məsələləri üzrə müavini Həsən Qaşqavi deyib.

O, qeyd edib ki, radarın İran sərhədinə yaxın quraşdırılması regionda qarşıdurma yarada bilər: "Türkiyə ilə İran arasında dostluq əlaqələri mövcuddur və hər iki tərəf digər dövlətlərin onların daxili işinə qarışmağa imkan verməyəcək qədər gücə malikdirlər. Radarın quraşdırılması bir daha göstərir ki, alyans öz təhlükəsziliyini qorumaq iqtidarında deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə