Meksikanın Verakrus şəhərinin iki sakininə terrorçuluq və təxribat ittihamı irəli sürülüb. SİA Lenta.ru-nun məlumatına istinadən xəbər verir ki, onlar tvitter vasitəsi ilə yalan məlumatlar yayaraq əhalinin narahatlığına səbəb olublar. Belə ki, onların yaydıqları xəbərlərdə terrorçuların bir neçə şəhər məktəbini ələ keçirdikləri barədə məlumatlar yer alıb. Qeyd olunur ki, şübhəlilər artıq nəzarət altındadırlar və onları 30 il həbs cəzası gözləyir.
İttihamda bildirilir ki, avqustun 25-də riyaziyyat repetitoru Qilberto Martines Vera öz mikrobloqunda yazıb ki, silahlı narkokortel dəstəsi məktəblərin birinə ələ keçirməklə orada olan insanları girov götürüb. Bu barədə digər məktəb müəllimi-Mariya de Xesus Bravo Paqola da Tvitter vasitəsi ilə məlumat yayıb.
Hər iki müəllimin bu cür hərəkətləri Verakrus şəhərinin sakinlərini ciddi şəkildə narahat edib. Valideyinlər öz uşaqlarını xilas etmək üçün məktəblərə axışıblar. Bir çoxları tıxac səbəbindən öz maşınlarını şəhərin ortasında qoyaraq, piyada şəkildə məktəblərə üz tututblar. Hadisə nəticəsində şəhərdə 26 avtoqəza hadisəsi qeydə alınıb. Eyni zamanda, müvafiq strukturlara edilən davamlı zənglər həmin strukturların işində problemlərin yaranmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB