Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan Fələstinin İsrail tərəfindən mühasirəsinə son qoymaq üçün sentyabrın ortalarında Qəzza zolağına səfər etmək fikrindən daşınıb. SİA-nın xəbərinə görə, bu barədə məlumati Türkiyənin "Sabah" qəzeti yayıb. Ankaradkı etibarlı mənbənin qəzetə verdiyi xəbərə əsasən Erdoğan yaxın günlərdə Qəzzaya getmək barədə düşünmür.
Qeyd edək ki, ötən gün Türkiyə mətbuatı Ərdoğanın Misirdən sonra 13-14 sentyabr tarixlərində Qəzzaya səfər proqramının hazırlandığını yazıb. Belə ki, artıq Misirin yeni hakimiyyəti ilə Ərdoğanın Rəfah sərhəd-keçid məntəqəsindən Qəzzaya səfəri artıq razılaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB