Türkiyə ərazisində ABŞ və NATO tərəfindən yaradılmaqda olan raket hücumundan müdafiə sistemi çərçivəsində erkən xəbərdarlıq radarının yerləşdiriləcəyi yer məlum olub. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, raket hücumundan müdafiə sistemi Diyarbakırın Düyülük kəndində yerləşən hərbi hissədə yerləşdiriləcək.
Qeyd edək ki, NATO-nun bütün müttəfiq ölkələrlə apardığı məsləhətləşmələr nəticəsində Lissabon sammitində yeni strateji konsepsiya qəbul edib. Yeni konsepsiya ittifaqın XXI əsrin təhlükəsizlik çağırışlarına cavab verə bilməsi və müdafiə qabiliyyətinin artırılması üçün atılacaq addımları ehtiva edir. Bu çərçivədə Lissabon sammitində NATO-nun müdafiə qüdrətinin gücləndirilməsi məqsədilə ballistik raket təhdidinə qarşı müdafiə sistemi qurulmasına qərar verilib. Türkiyədə bu qərara dəstək verib.
Xatırladaq ki, Türkiyə hökumətin təlimatı ilə müttəfiq ölkə ərazilərinin və xalqlarının qorunmasına yönəlmiş yeni müdafiə sistemində Türkiyənin oynayacağı rolla əlaqədar bir müddətdir aparılan texniki çalışmalar son mərhələyə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB