Qəddafinin oğlu Hamisin ölümü təsdiqlənib

Qəddafinin oğlu Hamisin ölümü təsdiqlənib

Liviya Milli Keçid Hökuməti (MKH) Liviyanın Cəmahiriyyə lideri Müəmmar Qəddafinin oğlu Hamisin ölümünü təsdiqləyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Milli Keçid Hökumətin müdafiə nazirliyinin nümayəndəsi Əhməd Bani deyib: "Qəddafinin oğlu Hamisin ölümü təsdiqlənib. O Tarxun şəhərində ölüb və şəhər ətrafındakı Bin Valida qəbirstanlığında dəfn olunub".

Bundan əlavə o, Liviya xüsusi xidmət orqanlarının rəhbəri Abdallı Əs Senusi Muhəmmədin oğlunun da öldüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə