Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan Fələstinin İsrail tərəfindən mühasirəsinə son qoymaq üçün sentyabrın ortalarında Qəzza zolağına səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda Ankarada Ərdoğanın Misirdən sonra 13-14 sentyabr tarixlərində Qəzzaya səfər proqramını hazırlanır.
Misirin yeni hakimiyyəti ilə Ərdoğanın Rəfah sərhəd-keçid məntəqəsindən Qəzzaya səfəri artıq razılaşdırılıb.
Qeyd edək ki, Türkiyənin baş naziri cari ilin iyulunda Qəzzaya səfər etməyi planlaşdırırdı. Lakin BMT-nin "Azadlıq donanması"na hücumla bağlı məruzəsinin gec açıqlanması səbəbəbindən bu səfər təxirə salınıb. Qəzzaya səfər öncəsi isə Ərdoğanın Qahirənin məşhur Təhrir meydanında çıxışı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB