Çili eks-prezidenti Alyendanın qalıqlarının dəfni aviaqəza səbəbindən təxirə salınıb

Çili eks-prezidenti Alyendanın qalıqlarının dəfni aviaqəza səbəbindən təxirə salınıb

Çilinin eks-prezidenti Salvador Alyendanın qalıqlarının dəfni bir gün öncə baş verən aviaqəza nəticəsində təxirə salınıb. SİA France-Presse agentliyinə istinadən xəbər verir ki, Çilinin tarixində mühüm rol oynayan eks-prezidentin dəfni sentyabrın 4-nə planlaşdırılmışdı.

Xatırladaq ki, Salvador Alyende 1970-1973-cü illərdə Çilinin prezidenti vəzifəsini icra edib. Lakin Auqusto Pinoçetin dövlət çevrilişindən sonra o, özünə qəsd edib. 2011-ci ildə eks-prezidentin eksqumasiyası keçirilib və Alyendenin intihar səbəbindən öldüyü təsdiq olunub. Eks-prezident Kalaşnikov avtomatından açılan güllə nəticəsində həyatı ilə vidalaşıb. Öncələr isə iddia edilirdi ki, Çili prezidentini Pinoçetin adamları qətlə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə