\"Talas\" qasırğası Yponiyada altı nəfərin ölümünə səbəb olub

\"Talas\" qasırğası Yponiyada altı nəfərin ölümünə səbəb olub

Yaponiyada \"Talas\" qasırğası nəticəsində ən azı altı nəfərin öldüyü, onlarla insanın itkin düşdüyü barədə məlumatlar verilməkdədir. SİA-nın Assoşeyted Press agentliyinə istinadən verdiyi xəbərə görə, \"Talas\" qasırğası Sikoku adasından başlayaraq, Honsü adasınıncənubuna qədər irəliləyib, sonra isə digər adalara tərəf istiqamət götürüb.

Yaponiyanın Metereoloji xidmətinin məlumatına görə, qasırğa bu mövsümdə sayca 12-cidir və Yapon dənizi üzərində saatda 20 km sürətlə hərəkət edir. O da bildirilir ki, \"Talas\" qasırğası Rusiyanın Uzaq Şərq sahillərini dəvura bilmək gücünə malikdir. Metereoloqlar xəbərdarlıq edirlər ki, qasırğa nəticəsində güclü yağışların yağacağı və onların leysan xarakterli olması ehtimal olunur. Ölkənin \"Kiodo\" informasiya agentliyi isə məlumat verir ki, 450 min insanın mərkəzi və qərbi istiqamətdə evakuasiyalarına hazırlıq işlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə