Çili hərbi hava qüvvələrinə məxsus təyyarə Sakit okeana düşüb

Çili hərbi hava qüvvələrinə məxsus təyyarə Sakit okeana düşüb
Çili hərbi hava qüvvələrinə məxsus təyyarə Sakit okeanda sulara qərq olub. SİA Aganse Frabce-Presse-ə istinadən məlumat verir ki, Casa-212 təyyarəsi tərkibində 21 nəfər ekipaj üzvü ilə birlikdə qəzaya uğradıqdan sonra Sakit okean ərazisində olan Xuan-Fernandes adalarına yaxın yerdə sulara düşüb.

Xəbər agentliyi Çilinin hərbi mütxəssislərinin gəldikləri rəyə əsasən xəbər verir ki, hərbi təyyarənin pilotu iki dəfə eniş etmək üçün cəhd göstərsə də, bu onda alınmayıb. Hazırda xilasedicilər həlak olan ekipaj üzvlərinin cəsədlərinin axtarışına başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə