Rusiya hərbi bazaları Tcikistanda daha 49 il qalacaq

Rusiya hərbi bazaları Tcikistanda daha 49 il qalacaq
Rusiya prezidenti Dmitri Medvedevlə Tacikistan dövlət başçısı İmoməli Rahmonun qarşılıqlı razılaşmalarına görə, Rusiyanın bu dövlətdə olan hərbi bazaları daha 49 il müddətində orada dislokasiya olunacaq. Bu barədə hər iki dövlət başçısı Düşənbədəki görüşlərində müzakirə apararaq, razılığa gəliblər.SİA-nın məlumatına görə, Rusiya prezidenti bildirib ki, gələn ilin birinci rübündə razılaşmanın rəsmiləşməsi həyata keçiriləcək.
Xatırladaq ki, bu ərəfədə Tacikistanda dörd liderin - RF prezidenti Dmitri Medvedevin, Əfqanıstanın rəhbəri Həmid Kərzainin, Pakistan rəhbəri Asif Əli Zərdarinin və Tacikistan lideri İmoməli Rahmonun görüşləri baş tutmuşdu. Həmin görüşdə regionda baş verən hadisələr müzakirə edilib, bir sıra razılıqlar əldə olunub. Bu artıq dörd liderin sayca üçüncü görüşüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə