Xristianlar Yerusəlimdə Suriya üçün dua edəcəklər

Müqəddəs torpaqların xristian liderlərinin cəmləşdiyi ümumxristian komissiyası Yerusəlimdə bütün dünya xristianlarına müraciət qəbul ediblər. Müraciətdə bildirilir ki, hər bir xristian Suriyada baş verən hadisələrin qarşısını alamaqdan ötrü dua etməlidir. Bu barədə Vatikan radiosu xəbər verib. Müraciətdə o da qeyd olunub ki, Suriya bütün dinlərin və mədəniyyətlərinin beşiyidir. Lakin indi bu torpaqlar görünməmiş tərzdə qana bulaşıb və ah-nalələr səmalara qədər çatır.
Artıq beş aydır ki, Suriyanı kütləvi etiraz dalğası bürüyüb. Hadisələr mart ayının ortalarında Deraa şəhərində başlayıb, sonradan bütün ölkə ərazisini bürüyüb. Suriya hüquq müdafiəçilərinin verdikləri məlumata görə, artıq 2000 insan öldürülüb. Hökumət nümayəndəliyindən isə xəbər verilir ki, hadisələr başlanandan üzü bu tərəfə ən azı 500 nəfər hərbi qulluqçu və təhlükəsizlik qüvvələrinin nümayəndələri həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə