Əlcəzair Müəmmar Qəddafinin ölkə ərazisinə girməsini istəmir

Əlcəzair Müəmmar Qəddafinin ölkə ərazisinə girməsini istəmir

\"Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin ailəsi Əlcəzairdə olsa da, ölkə rəhbərliyi onun özünün buraya gəlməsinin əleyhinədir\". Bunu Frans Press agentliyinə Əlcəzairin xarici işlər naziri Murad Medelsinin verdiyi açıqlamasına istinadən SİA xəbər verir.

Qeyd edək ki, daha öncələr Əlcəzair KİV-i xəbər verirdi ki, devrilmiş Liviya rəhbəri bir neçə dəfə qonşu dövlətin hökumət nümayəndələri ilə danışıalar aparıb və həmin ölkədə yaşaması üçün müsbət cavab ala bilməyib.

Parisdəki \"Libiyanın dostları\" beynəlxalq konhransda çıxış edən Murad Medels bildirib ki, Əlcəzair hökuməti hətta Qəddafinin gəlib onların qapısını döyməsi barədə də müzakirələr aparmayıb. Lakin Əlcəzair XİN-in fransalı həmkarı Alena Jüppe M.Medelsini ikibaşlı davranışda günahlandırıb. A.Jüppenin bu açıqlamasından sonra, Medelsi Europe \"1\" radiostansiyasına açıqlama verərək deyib ki, Əlcəzair hökuməti Liviyanın Müvəqqəti Keçid Şurasını ölkənin bütün əyalətlərində hakimiyyətə yiyələndikdən sonra tanıyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə