ABŞ Dövlət Departamenti amerikalı vətəndaşlara xəbərdarlıq etdi

ABŞ Dövlət Departamenti 11 sentyabr terror hadisələrinin 10-cu ildönümü ilə bağlı amerikalı vətəndaşlara xəbərdarlıqla müraciət edib. Xəbərdarlıq müraciətində deyilir: \"Bu gün biz 11 sentyabr terror hadisələrinin 10-cu ildönümü ərəfəsindəykən bir çox Amerika vətəndaşlarımız xarici ölkələrdə istirahət edir və ya yaşayırlar. Lakin onlar unutmamalıdırlar ki, \"Əl-Qaidə\" və bu kimi digər terrorçu şəbəkələr onların həyatlarına hər an təhlükə yarada bilər. Biz hazırda Amerika vətəndaşlarına qarşı heç bir hücum barədə məlumat almasaq da, yaddan çıxarmamalıyıq ki, ABŞ-ın xarici ölkələrindəki nümayəndəliklərinə qarşı davamlı olaraq terror təhlükəsi törədilə bilər. Belə ki, daha öncələr xüsusi təqvimlərdə belə hadisələr yaşanıb\".
Dövlət Deportamenti amerikalıları maksimal dərəcədə ehtiyatlı olmağı və yaşadıqları xarici ölkənin ABŞ nümayəndəliklərinin ünvan və telefon nömrələrini yanlarında daşımağı məsləhət görüb.
Xatırladaq ki, 11 sentyabr terror aktı nəticəsində 2974 insan həlak olmuş, 24 nəfər isə itkin düşmüşdür. Eyni zamanda 19 terrorçu da terror hadisəsi nəticəsində ölmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə