Obamanın spiçrayteri Ağ evi tərk edir

Obamanın spiçrayteri Ağ evi tərk edir
ABŞ prezidentinin spiçrayterlərindən (məruzələr hazırlayan məmur) olan Con Lovett öz postunu tərk edərək Hollivuda getməyi qərara alıb. O, Hollivud kinoindustriyasında yeni komediya filmi çəkməyi daha üstün tutub. SİA \"Washington Post\" qəzetinə istinadən xəbər verir ki, 29 yaşlı Ağ ev məmuru sentyabr ayının ortalarında dövlət işini bir kənara qoyaraq, Los-Ancelesə gedəcək və orada televiziya komediyaları üçün ssenarilər yazacaq. Con deyir ki, o həmişə yaradıcı insan olmağı arzulayıb.

Qeyd edək ki, C.Lovett Obama üçün bir çox məruzələr, o cümlədən, iqtisadi islahatları əks etdirən çıxışlar hazırlayıb. Qəzetin digər xəbərinə görə isə, gənc məmur Ağ Ev komandasının ən istedadlı və ən ağıllı işçilərindən biri kimi dəyərləndirilir. Lakin Hollivud da bu cür dövlət məmurlarını əldən vermək istəmir.
\"Washington Post\" qəzeti C.Lovetti Ronald Reyqana, Arnold Şvartsneqerə də bənzətməyi unutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə