İsrailə üzr istəmək üçün verilən son tarix

Türkiyənin siyasi dairələri Mavi Mərmərə əməliyyatı ilə bağlı İsrailə üzr diləmək üçün vaxt verib. DHA.com.tr-nin məlumatına istinadən SİA xəbər verir ki, sentyabr ayının ilk on beş günündə İsrail tərəfindən üzr dilənməzsə rəsmi Ankara bunun üçün hazırladığı "b" planının gerçəkləşdirməli olacaq.

Bu barədə Xarici İşlər naziri Əhməd Davudoğlu Hürriyyət və Zaman qəzetlərinə müsahibə verərkən deyib. İsrailin BM hesabatı üçün istədiyi altı aylıq ertələmənin qəbul edilməzliyini deyən Davudoğlu vurğulayıb: "Bu günə qədərki bütün zaman uzatma tələbləri İsraildən gəlmişdir və biz səbrlə İsrailin qərar verməsini gözlədik. Lakin belə demək mümkündür ki, İsrail bu məsələdə çətinlik çəkir. Ancaq Türkiyə də bu mövzudakı davranışını ortaya qoyq bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə