Yaponiyanın yeni baş naziri yeni kabinetini formalaşdırıb

Uzun müddətli məsləhətləşmələrdən sonra Yaponiyanın yeni seçilmiş baş naziri Yosixiko Noda kabineti formalaşdırmağa müvəffəq olub. Kabinet iki gün ərzində aktiv fəaliyyətə başlayacaq. Yaponiyanın NHK televiziya kanalının informasiya şöbəsinin yaydığı məlumata görə, bunu ölkə imperatoru Akixito rəsmən təsdiqləyəcək. Xarici işlər naziri 47 yaşlı Koitiro Qemba olacaq. O, siyasi peşəkar olmasa da, hakim Demokrat Partiyasında xüsusi nüfuza malikdir. O, daha öncə strategiya naziri vəzifəsini icra edib. Kabinetin baş katibi baş nazirin yaxın silahdaşı Osamu Fudzimura seçilib. Maliyyə naziri vəzifəsinə 49 yaşlı Dzyun Adzumi irəli sürülüb. O, daha öncə jurnalist fəaliyyəti ilə məşğul olub.
Müdafiə naziri vəzifəsinə isə Yasuo İtikava seçilib. Ekoliogiya naziri vəzifəsinə Qosi Xosono irəli sürülüb.
Xəbər verildiyinə görə, yeni qurulmuş hökumət öncələr olduğu kimi, koalisiya şəraitində işləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə