Ermənilər indi də ABŞ-a ərazi iddiası irəli sürüblər

Ermənilər indi də ABŞ-a ərazi iddiası irəli sürüblər

Ermənilər ABŞ-ın hərbi bazasına ərazi iddiası irəli sürüblər. SİA-nın məlumatına görə, ermənilər "İncirlik hərbi bazası qeyri-qanuni yolla türklərin ələ keçirdiyi atalarımızın torpağında qurulub" deyərək, məhkəməyə müraciət ediblər. ABŞ Xarici işlər nazirliyinin Türkiyəyə, "məhkəmədə özünüzü müdafiə edin" deyərək diplomatik nota göndərdiyi məlum olub.

Osmanlı dövründə yaşayan Tiqran Əfəndi ilə Kalina Xatun adlı ermənilərin qohumlarının ABŞ-ın Türkiyə ərazisindəki İncirlik bölgəsində qurduğu hərbi bazanın bir qisminin özlərinə aid olduğu iddiasıyla məhkəmə davası açdığı iddiada gərgin bir proses yaşanıb. İncirliyin 3.671 faiz ərazisinə iddia edən 3 erməninin Kaliforniya Federal Məhkəməsində açdığı iddiada, ABŞ Xarici işlər nazirliyinin diplomatik nota ilə Ankaranı xəbərdar etməsinə baxmayaraq, özünü müdafiə üçün vəkil göndərməyən Türkiyənin "məsuliyyətlərini yerinə yetirmədiyi üçün haqqında məhkum" (default) elan edilməsi təhlükəsi meydana çıxıb.

Şikayətçi ermənilər təzminat kimi Türkiyə hökumətindən 63.9 milyon dollar pul istəyib. Ermənilər bundan əlavə, ərazinin ABŞ ordusuna icarə verilməsindən əldə etdiyi gəlirlərdən də haqq tələb edib. Bütün bunlar nəzərə alındığında, ermənilərin tələb etdiyi ümumi təzminatın miqdarı 100 milyon dollar edir.

ABŞ-ın Türkiyəyə nota verməsindən 70 gün vaxt keçməsinə baxmayaraq, Türkiyənin özünü müdafiə etməməsindən dolayı ermənilər məhkəməyə "defoult" üçün müraciət ediblər.

Hal-hazırda mülkün sahibləri olan Türkiyə "Ziraat" və "Mərkəz" bankı vəziyyətin ciddiləşdiyini görəndən sonra, ABŞ-da bir hüquq şirkətiylə müqavilə bağlayıb və məhkəmədən müdafiə olunmaq üçün vaxt istəyib. Məhkəmə onların xahişini qəbul edib.

Xatırladaq ki, İncirlik bölgəsi ABŞ hərbi qüvvələrinə icarəyə verilib və hal-hazırda burda ABŞ-ın hərbi bazası yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə