Ekvador rəhbərliyi Liviyanın Müvəqqəti Keçid Şurasını (MKŞ) tanımayacağını bəyan edib. Bu barədə həmin ölkənin xarici işlər naziri Rikardo Patinyo məlumat verib. Meksikanın "Notimeks" xəbər agentliyinin məlumatına görə, Ekvador XİN-nin başçısı deyib ki, Liviyada hakimiyyətə yiyələnən güclər zəifdirlər və onlar xarici dəstəyin sayəsində dövlət çevriliçinə nail olublar.
Onu da qeyd edək ki, Ekvador hökuməti başda bu ölkənin prezidenti Rafael Korrea olmaqla, NATO-nun Liviyadakı hava hücumlarına başlamasını pisləmişdi. Hökumət rəsmisi elan etmişdi ki, əslində məqsəd Liviya xalqının xilası deyil, neft mənbələrinin ələ keçirilməsi olub. Həmçinin qeyd edilib ki, bu gün Liviyada demokratiya yaratmağa çalışan ölkələr nədənsə, 70-80-ci illərdə Latin Amerikası ölkələrinə heç bir köməklik göstərməyiblər.
Bundan öncə CAR prezidenti Ceykob Zuma da Parisdə keçirilən Liviya ilə bağlı beynəlxalq toplantıya qatılmaqdan imtina etmişdi. C.Zuma vurğulayıb ki, nə onun ölkəsi, nə də bütövlükdə Afrika İttifaqi Liviyanın MKŞ-ni tanımır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB