"Hər gün müqavimətimiz daha da gücləndirilməlidir. Partizan müharibəsinə hazır olun"-deyə devrilmiş Liviya lideri öz silahdaşlarına və tərəfdarlarına müraciət edərək bildirib. Ria.ru-nun məlumatına görə, cəmahiriyyənin keçmiş rəhbəri daha sonra əlavə edib ki, ona yaxın olan tayfalar yaxşı silahlanıblar və onları aviasiya bombardmanları sayənində məğlub etmək mümkünsüzdür. Bununla yanaşı, Müəmmar Qəddafi NATO-ya məsləhət görüb ki, Liviya şəhərlərini bobmbalamaqdan çəkinsin. Çünki, Liviya xalqının iradəsini qırmaq mümkün deyil. Xatırladaq ki, M.Qəddafinin səs yazısını peyk vasitəsi ilə yayımlanan "Ər-Rəy" televiziya kanalı yayımlayıb. Qəddafinin və oğlu Seyf-əl İslamın yeri isə hələ də müəyyənləşdirilməmiş qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB