Susuz Afrikada sel 100 nəfərin ölümünə səbəb oldu

Son günlər Nigeriyanın cənub-qərb hissəsində aramsız yağan yağışlar subasmaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Oyo ştatında çaylar məcradan çıxaraq ətraf əraziləri su altında qoyub. İlkin məlumata görə, 100 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna olunmur.

Təxminən, 1500 insan yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Tikililər yararsız vəziyyətə düşüb. Yaranmış vəziyyətlə əlaqədar müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə