Liviyanın dostları qiyamçılara 15 milyard dollar vəsait ayırıb

Liviyanın dostları qiyamçılara 15 milyard dollar vəsait ayırıb

Parisdə keçirilən "Liviyanın dostları" adlı beynəlxalq konfransın iştirakçıları Müəmmar Qəddafi və onun müttəfiqlərinə məxsus 15 mlrd. dollar vəsaitin qiyamçılar üçün ayrılması barədə razılığa gəliblər.

SİA-nın xəbərinə görə, bu barədə Fransa prezidenti Nikola Sarkozi televiziya ilə çıxışı zamanı deyib.

Qeyd edək ki, Liviyada vətəndaş müharibəsinin başlaması ilə ABŞ və bir sıra Qərbi Avropa ölkələri liviyalı rəhbərlərin hesablarını dondurmuşdular. N.Sarkozi hesabların "Liviyanın yeni rəhbərliyinin xeyrinə" açılmasının zəruriliyini bəyan edib. Fransalı liderin sözlərinə görə, bu pullar "müasir Liviyanın inkişafına" sərf ediləcək.





Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə