Qəddafinin ABŞ-la gizli əlaqələri sənədlərdə: “Qəddafi getməlidir ancaq hakimiyyəti təhvil verməməlidir”

Qəddafinin ABŞ-la gizli əlaqələri sənədlərdə: “Qəddafi getməlidir ancaq hakimiyyəti təhvil verməməlidir”

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin qərargahından gizli sənədlər ortaya çıxıb. SİA-nın "Zaman" a istinadən verdiyi xəbərə görə, Qəddafinin qərargahına girən "Əl Cəzirə" redaktorlarından Camal Əl Şayyal bəzi sənədləri oxuya bilib. Liviyanın keçmiş kəşfiyyatçısı Şəfi Abdullah əl Senusinin otağında gizli möhürlü sənədlər tapan Əl Şayyal onları Əl Cəzirədə nümayiş etdirib.

Əl Şayyal Qəddafinin yaxın silahdaşlarından hesab olunan Əbubəkr Əlzleitni və Məhəmməd Əhməd İsmayıl ilə ABŞ-ın keçmiş prezidenti Buşun xarici işlər üzrə katibi David Velch arasında aparılan söhbətlərin protokollarını ələ keçirdiyini bildirib.

O, qeyd edib ki, hazırda Yaxın Şərqdə iri tikinti şirkətinə rəhbərlik edən Velch Qahirədə ABŞ səfirliyinin yaxınlığında yerləşən oteldə Qəddafi ilə də görüşüb. Sənədlərə görə, görüşdə Velch Qəddafinin müxalifətə qarşı uğurlu mübarizə aparması üçün taktikalarla bağlı məsləhətlər verib və ABŞ-ın Qəddafini dəstəklədiyini bildirib.

Canlı olaraq televiziyada nümayiş etdirilən sənədlərə ABŞ-ın reaksiyası özünü çox gözlətməyib. Rəsmi Vaşınqton bütün yazılanların heç bir həqiqətə uyğun olmadığını bildirib.

ABŞ Xarici işlər üzrə sözcüsü Velchin sadə vətəndaş olduğunu bu məlumatlara heç bir bağlılığın olmadığını vurğulayıb. Velchin özü "Əl Cəzirənin" mövzu ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.

Eyni zamanda sənədlərin arasında 2011-ci ilin avqustun 2-də Qahirədə Kondoliza Raysın keçmiş köməkçisi Devid Uelçlə Qəddafinin görüşü ilə bağlı sənəd də tapılıb. Məlum olub ki, Devid nəinki Qəddafiyə üsyançılarla, həmçinin, NATO ilə mübarizə ilə bağlı məsləhətlər verirmiş. Sənəd də yazılıb: "Qəddafi getməlidir ancaq hakimiyyəti təhvil verməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə