Rusiyanın Çelyabinsk vilayətində fövqəladə hadisə baş verib. Belə ki, vilayətin dəmir yolu vağzalında saxlanılan və tərkibində beş litr brom olan şüşə qabların qırılması yaxın ətrafda qorxulu fəlakətə səbəb olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq Potanino və Kopeysk qəsəbələrinin üzərini zəhərli duman buludu alıb. Eyni zamanda mobil telefon bağlantılarında ciddi nasazlıqlar baş qaldırıb.
"İçində brom olan şüşə qabların sayı ümumilikdə 2063 olsa da, onlardan 8-10-nu qırılıb və atmosferə zəhərli brom yayılıb", - deyə Rusiyanın Fövqəladə Hallar Nazirliyi vesti.ru-ya məlumat verib. Məlumatda o da bildirilir ki, hələlik insanlar arasında ciddi səhhət pozuntusu müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB