Bəhreyn müxalifəti milli dialoqdan kənara çəkildi

Bəhreyn müxalifəti milli dialoqdan kənara çəkildi

Bəhreynin aparıcı müxalifət birliyi \"Əl-Vifaq\" milli dialoqdan kənara çəkiləcəyini élan edib.\"Əl Cəzirə\" telekanalının verdiyi məlumata görə, \"Əl-Vifaq\"ın mətbut katibi Xəlil əl-Mərzuq milli dialoqda bir sıra çatışmazlıqların mövcud olduğunu deyib.\"Təkliflərdə ölkə üçün lazım olan çox şey yoxdur\" deyə əl-Mərzuq bildirib. O, təmsil olunduğu birliyin 17 iyulda imzaladığı Milli dialoq razılaşmasını qüvvədən düşmüş hesab edir. Xatırladaq ki, Bəhreyn müxalifətindəkifayət qədərnüfuzu olan əl-Mərzuq daha öncələr də dialoq\" məsələsinin ciddi olmadığını və bunun siyasi tamaşaya bənzədiyini demişdi.

Keçən həftənin cümə axşamı günü Bəhreyn sultanı Həməd bin İssa Əl Xəlifə milli dialoqun gerçəkləşməsi üçün tapşırıqlar vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə