Rusiyanın Novorosiysk şəhərində toplaşan \"Gecə canavarları\" bayker klubuna yeni üzv qəbul olunub. Bu, Rusiyanın baş naziri Vladimir Putundur. Baş nazir şouya öz füsunkar qara motosikleti ilə gəlib. Krasonadar diyarının adminstrativ orqanlarının verdiyi xəbərə görə, bayk-şouya Avropadan və Rusiyadan minə yaxın motosikletçi qatılıb. Vesti.ru xəbər verir ki, V.Putun daha öncələr də bu kimi şoularda iştirak edib. Belə ki, 2009-cu ildə bu kimi tədbir Sevastopolda keçirilmişdir və onda da Putin motosikletlə həmin şouya qatılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB