Əlcəzair
Liviyanın Keçid Şurasını tanımadığına, müxalifətçilərə qarşı sərgilədiyi
davranışa görə hələ cavab verməli olacaq. Bu cür hədə ilə Müvəqqəti Keçid
Şurasının hərbi rəsmisi Əhməd Ömər əl- Bani çıxış edib. SİA-nın verdiyi
xəbərə görə, əl-Bani Əlcəzair hökumətinə hədə dolu bəyanat verərkən deyib ki,
dünyanın nüfuzlu ölkələri onları tanımasına rəğmən, Əlcəzair nədənsə, bunu
etməkdə tərəddüd keçirir: \"Biz Milli Keçid Şurasının başqa ölkələr
tərəfindən tanınması məsələsini onların daxili işləri kimi dəyərləndiririk.
Lakin gün gələcək ki, inqilabçıları tanımayanlar bunun nəticələrini
görəcəklər\".
Liviya ilə kifayət qədər sərhədə malik olan Əlcəzair Milli Keçid Şurasını tanımaqdan imtina edərək bəyan etmişdi ki, bu hökumət neytral mövqedən çıxış edir. Eyni zamanda bildirilir ki, Əlcəzair-Liviya sərhəddi ərazisində yerləşən Qadames şəhərinə ordu hissələri yeridilib. Belə ki, həmin şəhərdə əlcəzairlililər yaşayır və ordu hissələri onların təhlükəsizliyi üçün ora göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB