1988-ci
ildə Şotlandiyanın Lokerbi şəhəri üzərində təyyarəni partladaraq terrorçuluq
əməli törədən Əbdül Bəsit əl-Miqrahinin hazırda Liviya ərazisində olduğu
müəyyən edilib. Bu barədə SNN telekanalı bazar günü məlumat verib. Məlumatda
bildirilir ki, hələ bir neçə gün öncə, Şotlandiyanın hakimiyyət dairələri
terrorçunun izini itirdiklərini bildirmişdilər. Bu isə Liviyada gedən son
proseslərlə bağlı olub.
Əl-Miqrahi Müəmmar Qəddafinin hakimiyyəti dövründə Britaniya hakim dairələrinə təhvil verilmişdi. Terrorçu Şotlandiya türməsində 8 il keçirib. Lakin 2009-cu ildə onda xərçəng xəstəliyi müəyyənləşdiyi üçün, şotlandiyalılar onu humanizm prinsipləri çərçivəsində azad ediblər və o, vətəni Liviyaya göndərilib. Bir zamanlar Əl-Miqrahi Tripolinin kübar rayonlarının birində yaşayırmış. Ancaq paytaxt müxalifətçilərin əllərinəkeçdiyi zaman, onu bir neçə silahlı şəxs bilinməyən istiqamətə aparıb.
CNN-in xəbərinə görə, bu ərəfədə Liviya müxalifətçiləri adıçəkilən terrorçunu yenidən Britaniya nümayəndələrinə təhvil verilməsinə razı olmadıqlarını bildiriblər. Bu barədə Keçid Şurasının ədliyyə naziri Məhəmməd İbrahim əl-Əlləki məlumat verib. O bildirib ki, Keçici Hökumət Qərb rəsmi dairələrinəbir dənə də olsun Libiya vətəndaşını təhvil verməyəcəklər:\"əl-Miqrahi bir dəfə törətdiyi əməlinə görə öz cəzasını çəkib. Biz Müəmmar Qəddafi kimi öz vətəndaşlarımızı kimsələrin əlinə verməyəcəyik\".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB