Barak Obama: \"Ayrin\" qasırğasının fəsadlarını uzun müddət xatırlayacağıq\"

Barak Obama: \"Ayrin\" qasırğasının fəsadlarını uzun müddət xatırlayacağıq\"

ABŞ prezidenti Barak Obama bazar günü \"Ayrin\"qasırğasının törətdiyi fəsadlar mövzusunda brifinq keçirib. SİA-nın verdiyi məlumata görə, prezident bu barədə danışarkən bildirib ki, amerikalılar qasırğanın fəsadlarını hələ uzun müddət xatırlayacaqlar: \"Hər kəsin anlamasını istərdim ki, bu hələ son deyil. Düzdür, qasırğa əvvəlki gücünü itirib, lakin hələ də təhlükəli olaraq qalmaqdadır\".

Xatırladaq ki, \"Ayrin\" qasırğası artıq Kanada üzərinə doğru hərəkət etməkdədir.

\"Qasırğa insan həyatlarını onların əlindən almışdır. Bu halın təkrarlanmaması üçün, hər kəsdən xahiş edirəm ki, müvafiq orqanların göstərişlərinə əməl etsinlər\", - deyə Barak Obama öz çıxışında bildirib. ABŞ prezidenti onu da əlavə edib ki, əslində rəhbərlik daha dağıdıcı nəticələr gözləyirdi. Lakin narahat edən odur ki, zərər çəkmiş bölgələrdən hələ də acı xəbərlər gəlməkdə davam edir: \"Əksər amerikalılar üçün, elektrik enerjisinin və istilik resusrslarının kəsiləcəyi bizə məlumdur. Belə ki, çayların özməcrasından çıxması gözlənilir. Ona görə də bütün bunların aradan qaldırılması üçün, bizə həftələr lazımdır\".

Son məlumatlara görə, hazırda \"Ayrin\" qasırğasından 8 ştatatda 18 nəfərin həlak olduğu bildirilir.

İTAR-TASS xəbər verir ki, onlardan biri Virciniya ştatının 11 yaşlı sakini və Şimali Karolinadan olan 15 yaşlı qız uşağıdır. Ölənlərin əksəriyyətinin üzərinə ağacların aşdığı bildirilir. İki nəfər isə çayda batıb. Hazırda ölkənin şərq sahillərində 6 milyon insanın enerjisiz qaldığı bildirilir. Bu ərazilər Folli-Bitç şəhərciyindən başlayaraq, Cənubi Karolinanı və Men ştatındakı Portlend şəhərini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə