\"Ayrin\" qasırğası Şimali Karolinada doqquz nəfərin ölümünə səbəb oldu
\"Ayrin\" qasırğası ABŞ-ın sahillərinə çatıb. SİA-nın məlumatına görə, qasırğa artıq Şimali Karolinada doqquz nəfərin ölümünə səsəb olub. Bir milyona yaxın amerikalı qazsız və susuz qalıb. Şimali Karolina və Virciniya ştatlarında evlərin böyük əksəriyyəti tamamilə dağılıb. Artıq ölümcül tufan Nyu-York və Vaşinqtona yaxınıaşmaqdadır. Şəhər əhalisi tələsik halda meqapolisləri tərk etməkdədirlər. Onların sayı artıq 500 000 nəfəri keçib. Lakin elə sakinlər də var ki, onların bəziləri təbii fəlakəti öz evlərində və bunkerlərdə qarşılayacaqlar.
Eləcə də bildirilir ki, ABŞ-ın nəhəng hərbi bazası olan Norflokda bütün hərbi gəmilər açıq okeana çıxıblar. Aeroportlar və dəmir yolları öz işlərini bütünlüklə dayandırıblar. Kanada sərhədlərinə kimi uzanan 6 ştatda fövqəladə vəziyyət elan edilib. Məlumatda o da bildirilir ki, əhali sanki dünyanın sonunu gözləyirlər. Supermarket piştaxtalarında ərzaqlar tükənib, Yanacaqdoldurma məntəqələrində isə, benzin qıtlığı yaşanır. Hərbçilər və yanğınsöndürənlər bir nömrəli hazırlıq səviyyəsinə çatdırılıblar. Milli qvardiya gücləri ilk xilasetmə siqnalını gözləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB