Yunan ordusu nəyə hazırlaşır?

Yunan ordusu nəyə hazırlaşır?
Yunan Kiprinin Şərqi Ağdənizdə təbii qaz axtarışı ilə bağlı işə başlaması Yunanıstan ordusunun hazır vəziyyətə gəlməsi ilə müşahidə olunub. Belə ki, Türkiyənin bu məsələdə nə qədər həssas olduğunu bilən Yunanıstanın siyasi dairələri Ağ dənizdə "suların isinəcəyindən" narahat olmağa başlayıb.
Yunanıstan iqtidarına yaxın olan "Etnos" qəzetinin yazdığı xəbərə görə, "Yunan ordusu Ankaranın Ellada bölgəsində "qaynar hadisə" törədə biləcəyindən ehtiyat edir və bunun nəticəsi olraq orduda tam hazırlıq təlimləri keçirilir".
Qəzet həmçinin hazırlıqların "səssiz" aparıldığını da vurğulayıb. İddia edilib ki, istər ABŞ, istərsə də AB, Türkiyənin Kiprin yunan kəsiminin təbii qaz məsələsində həssa olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə