İranda zəlzələ baş verib

27 avqust 2011-ci il tarixində Bakı vaxtı ilə saat 07:00 radələrində İranda zəlzələ olub. SİA-nın "Mehr"ə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 4,6 bal təşkil edib.

Zəlzələnin episentri Əmiradad şəhərindən 1,6 km cənubda qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə