Xəstəxanalarda dirilər deyil, ölülər yatır

Xəstəxanalarda dirilər deyil, ölülər yatır
İngiltərənin mətbuat qurumu olan BBC Liviyanın paytaxtı Tripolidə bir xəstəxanada tərk edilmiş yüzlərlə insan cəsədinin tapıldığını bildirib. BBC-nin Tripoliyə ezm olunan müxbiri Voyri Devis paytaxtın bir məhəlləsindəki Əbu Səlim xəstəxanasında 200-dən çox qadın, kişi və uşaq cəsədinin xəstəxananın içində və çölündə yataqlar üzərində və yerlərdə yatdığını yazıb.
Bölgədə yaşanan davamlı atəş nəticəsində yaralanan insanların xəstəxanaya gətirildiyi, ancaq xəstəxanada həkim yaxud da tibb bacısı olmadığı üçün insanların ölümə tərk edildikləri qeyd edilir. Hazırda yerli əhalinin xəstəxanada təmizlik işləri apardığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə