Suriyada vəziyyət gərgindir

Suriyada vəziyyət qarışıb. SİA-nın məlumatına görə, çox sayda insanın iştirak etdiyi etirazlara təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 8 nəfər ölüb. Suriyada etirazların artaraq davam etdiyi bu günü müxaliflər "Səbr və müqavimət" günü adlandırıblar.
Paytaxtın ətrafları da daxil olmaqla ölkənin bir çox yerlərində üsyanlar təşkil edilib.

Etirazçılar əllərində Suriya bayrağı ilə hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə