Obama Nyu-Yorkda fövqəladə vəziyyət elan edilməsi barədə bəyannamə imzalayıb
ABŞ prezidenti Barak Obama "Ayrin" qasırğasına hazırlaşan Nyu-York ştatında fövqəladə vəziyyət elan edilməsi barədə bəyannamə imzalayıb. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, administrasiya rəhbərinin bu addımı yerli hökumətə federal mərkəzdən yardım alman imkanı verəcək.
Qeyd edək ki, Ayrin\" qasırğası son 15 il ərzində ABŞ ərazisində qeydə alınan ən güclü qasırğadır. Artıq qasırğa ABŞ-ın şimal-şərq ərazilərinə yaxınlaşır. Bildirilir ki, Nyu-York ştatının ətraf ərazilərində müşahidə edilən yağış tədricən güclənir. Yaranmış vəziyyətlə əlaqədar ölkənin Nyu-York, Nyu-Cersi, Virciniya, Merilend və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib. Xilasedicilər gücləndirilmiş iş rejiminə keçib. Şimali Karolina ştatında əhali təxliyyə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB