Senator Con Makkeyn: \"Ərəb inqilabları Rusiyaya, oradan da Çinə keçəcək\"

Senator Con Makkeyn: \"Ərəb inqilabları Rusiyaya, oradan da Çinə keçəcək\"
Məşhur amerikalı siyasətçi, senator və eks prezidentliyə namizəd Con Makkeyn maraqlı siyasi proqnozla çıxış edib. Russia Today agentliyinin verdiyi məlumata görə, senator Makkeyn Rusiyada aparılan iqtisadi və siyasi islahatları kəskin şəkildə tənqid edib. Hətta o bildirib ki, rusların və çinlilərin vəziyyəti o qədər acınacaqlıdır ki, onlar elə günü bu gün inqilaba başlamalıdırlar. Agentliyə müsahibə verən ABŞ senatoru Rusiya və Çin xalqına Liviya və Misirdən ibrət dərsi götürməyi məsləhət verib.
Liviyadakı hadisələrə də münasibət bildirən Makkeyn deyib ki, əslində Liviya demokratiyaya yaxınlaşmışdı. Lakin bu gün müxalifətçilər öz narazılıqlarını ifadə etməyə başlayıblar: "Çünki demokratik şəraiti onlardan çox xarici güclər idarə edir".
Con Makkeyn "ərəb baharının" Suriyada, onun ardınca isə Rusiyada və Çində olacağını istisna etməyib.
Xatırladaq ki, adıçəkilən senator antirusiya siyasəti ilə məşhurdur və onu ABŞ-da "ən əsas amerikalı rusofob" adlandırırlar. O, dəfələrlə Rusiyanı böyük səkkizlikdən çıxarılması tələbini irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə