\"Ayrin" qasırğasının ABŞ-ın şərq sahillərini vurması nəticəsində ən çox zərər çəkə biləcək şəhər Nyu-York hesab olunur. SİA-nın məluatına görə, əhalinin sıxlığına görə, bu ştat öndə gedənlərdən sayılır. Bu əsnada, Nyu-Yorkun su altında qalma ehtimalı nəticəsində digər ştatlardan fərqli olaraq bu ştatda insan itkiləri kütləvi xarakter ala bilər. Ştatın rəsmi administrativ xidmətindən isə bildirilib ki, qasırğanın şiddətindən asılı olaraq şəhərin bir çox əraziləri 5-7 metr dərinlikdə suların altında qalacaq.
Artıq cümə günündən etibarən səkkiz milyonluq meqapolisin sakinləri evakuasiya əmrlərini gözləmədən daha əlverişli yerlədə sığınmağa başlayıblar.
Şəhər əhalisi bütün bunlara rəğmən soyuqqanlı olmağa səy göstərir. Bir kilometr uzunluğunda avtomobil karvanı Vestesçerdə yerləşən nəhəng supermarketə doğru irəliləyir. Onlar lazım olacaq bütün qida və digər mühüm məhsulları 3 günlük ehtiyat üçün alırlar. Supermarketin satıcılarından biri isə deyir ki, bura hələ tarixində belə alış-verişin şahidi olmayıb. Nyu-yorklular ehtiyat tədbiri olaraq piştaxtalarda olan bütün məhsulları-suları, qidaları və batareyaları alırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB