Artıq cümə günündən etibarən səkkiz milyonluq meqapolisin sakinləri evakuasiya əmrlərini gözləmədən daha əlverişli yerlədə sığınmağa başlayıblar.
Şəhər əhalisi bütün bunlara rəğmən soyuqqanlı olmağa səy göstərir. Bir kilometr uzunluğunda avtomobil karvanı Vestesçerdə yerləşən nəhəng supermarketə doğru irəliləyir. Onlar lazım olacaq bütün qida və digər mühüm məhsulları 3 günlük ehtiyat üçün alırlar. Supermarketin satıcılarından biri isə deyir ki, bura hələ tarixində belə alış-verişin şahidi olmayıb. Nyu-yorklular ehtiyat tədbiri olaraq piştaxtalarda olan bütün məhsulları-suları, qidaları və batareyaları alırlar.