Ayrin qasırğası nəticəsində ABŞ-da 7 min təyyarə reysi təxirə salınıb
Artıq bir neçə gündür ki, ABŞ sahillərinə yaxınlaşan Ayrin qasırğası nəticəsində 7 min təyyarənin uçuşu təxirə salınıb. İTAR-TASS xəbər agentliyinin verdiyi məlumata görə, bir çox aviasiya şirkətləri qarşıdan gələn bazar günündə bütün reyslərini dayandıracaqlar. Belə ki, qasırğanın episentri Vaşinqton və Nyu-York ştatlarının ərazilərində olacaq. Məlumatlar sırasında o da yer alıb ki, hələ ötən cümə günü bir çox yükdaşıyıcı və sərnişin təyyarələri öz normal tempində işləyirdi. Hələlik həmin reyslərin bir çoxu öz köhnə cədvəlləri ilə öz işlərini davam etdirirlər. Lakin qasırğa böyük sürətlə ABŞ sahillərinə yaxınlaşdıqca əksər aeroportlar bazar günü 24 saat ərzində işlərini dayandıracaqlarını bəyan ediblər. Eyni zamanda bildirilir ki, bazr günündən sonra, yeni həftənin ilk günlərində də bir çox sərnişinlər öz səfərlərini reallaşdıra bilməyəcəklər və bu beynəlxalq reyslərin də pozulmasına səbəb olacaq.
Avtomobil və dəmir yollarında da problemlərin yaşanacağı bildirilir. \"Amtrack\" dəmir yolu şirkətinin rəsmiləri bildiriblər ki, həftənin şənbə günü şimal-şərq istiqamətində hərəkət edəcək qatarların cədvəlində dəyişikliklər edəcəklər. Həmçinin bazar günü Vaşinqton, Nyu-York və Boston şəhərləri arasında hərəkət dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB