Əlcəzairin Şerşel şəhərində törədilən terror aktında 18 nəfər həlak olub

Əlcəzairin Şerşel şəhərində törədilən terror aktında 18 nəfər həlak olub
Cümə günü axşam saatlarında Əlcəzairin Şerşel şəhərində terror hadisəsi baş verib. Qanlı hadisə hərbi akademiyanın yaxınlığında baş verib və nəticədə 18 nəfər həlak olub (daha öncə 36 nəfərin öldüyü bildirilirdi) Bu barədə səhiyyə mənbələri məlumat verib. Dəqiqləşdirilmiş məlumatlara görə, iki terrorist-kamikadze özlərini partlatmaları nəticəsində terroru törədiblər. Terroristlərin hərbi akademiyanın kursantları olduğu xəbəri verilir. İTAR-TASS-ın yaydığı xəbərə görə, hadisə iftar saatlarında baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə