52 insanı diri-diri yandırdılar - FOTO

52 insanı diri-diri yandırdılar - FOTO

Meksikada bir qumarxanaya hücum təşkil edən bir qrup silahlı şəxs içərisində insanlar olan salonu yandırıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qanunsuz narkotik satışının geniş yayıldığı və hər gün onlarla insanın cinayətə qurban getdiyi Meksikada qumarxananın yandırılması nəticəsində 52 adam yanaraq və boğularaq can verib.

Monterrey şəhərindəki Casino Royale adlı kazinoya iki avtomobillə gələn silahlı adamlar, əvvəlcə qumarxananı qarət edib, sonra da benzin tökərək binanı yandırıblar.

Qəfil baş verən və sürətlə yayılmağa başlayan yanğın və onun əmələ gətirdiyi zəhərli tüstüdən insanlar həlak olub. Alovun söndürülməsi 4 saat davam edib.

Ümumiyyətlə, son 5 ildə Meksikada 41 mindən artıq insan bu kimi cinayətlərin qurbanına çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə