Avqustun 31-i Özbəkistan İspaniyadan aldığı sürətli qatarın istifadəsinə start verəcək. SİA-nın xəbərinə görə, qatarın ilk səfəri Daşkənd-Səmərqənd xəttində baş tutacaq. Sentyabrın 1-i isə özbəklərin maraqla gözlədiyi "Afrosiyob" adlı sürətli qatar sərnişinlərin ixtiyarına veriləcək. Özbəkistan bununla kifayətlənməyərək, oktyabrda ikinci sürətli qatarını istifadəyə verməyi planlaşdırır. İspaniyanın Patentes Talgo şirkətindən alınan hər iki qatar özbəklərə təxminən 40 milyon Avroya başa gələcəyi söylənilir. Qatar saatda 250 kilometrə qədər yol qət edə bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB