Qızılın qiymətlərinin kəskin artımı hindliləri çətin vəziyyətə salıb
Dünyanın ən çox qızıl idxal edən ölkələri sırasında olan Hindistanda qızılın qiymətinin sürətli artımı toy hazırlığı görənləri, eləcə də dini festivallarda iştirak edəcək insanları çətin vəziyyətə salıb. SİA-nın xəbərinə görə, qızılın kəskin artımı ən çox zərgərlərə zərbə vurub. Belə ki, gün ərzində kilo-kilo qızıl satan zərgərlər indi o günlərin həsrətini çəkirlər. Əgər bir hindli 3 il əvvəl evlənərkən qızılın qramına 1000 hind rupisi ödəyirdisə, indi bu məğləbin 3 qatını ödəməli olur. Elə bu səbəbdən, yüzlərlə hindli evlənməkdən imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB