Doqquz balıqçı qayığı adamyeyən köpək balıqlarının axtarışına çıxıb

Doqquz balıqçı qayığı adamyeyən köpək balıqlarının axtarışına çıxıb
Doqquz balıqçı qayığı peşəkar balıqçılarla və alimlərlə birlikdə Rusiyanın Primorsk diyarını öz cənginə alan adamyeyən köpək balıqlarının ovuna çıxıb. Ria.ru-nun məlumatına görə, Primorsk akvatoriyasına axın etmiş akulalar insanların həyatı üçün görünməz təhlükələr törədə bilər. Belə ki, ilk dəfə belə hal avqustun 17-də baş vermişdi. 25 yaşlı Denisi Udovenko Telyakovsk buxtasında çimərkən ona köpək balığı hücum edib və biləyini qoparıb. Məhz bundan sonra FHX ərazidə olan bütün çimərliklərdə reydlər keçirib və əhalini bu təhlükə ilə bağlı xəbərdar edib. Xüsusilə, Primorskun Xasan rayonunda olan çimərlikdə istirahət etmək qadağan olunub.
Bir gün sonra isə-18 avqustda, Jeltuxin adasında olan çimərlikdən 20 metr aralıda adamyeyən köpək balığı 16 yaşlı Valeri Sidorovişə hücum edərək yeniyetmənin ayaqlarını parçalayıb.
Artıq həmin köpək balıqlarının tapılaraq məhv edilməsi üçün həm qayıqların, həm də peşəkar balıqçıların sayı beşdən ona qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə