Qəddafinin yeni fotoşəkilləri ortaya çıxdı - FOTO

Qəddafinin yeni fotoşəkilləri ortaya çıxdı - FOTO

Liviyanın keçmiş lideri Qəddafinin Babül-Əl-Əziyyədə yaşadığı evin fotoşəkilləri ortaya çıxıb. SİA-nın "Sabah" qəzetinə istinadən məlumatına görə, üsyançılar Qəddafinin və onun uşaqlarına məxsus evi talan edərək keçmiş liderə məxsus paltar, qızıldan hazırlanmış tapança ələ keçiriblər.

Üsyançıların ən çox marağını cəlb edən isə Qəddafinin qızı Ayşənin evi olub. Bu arada keçmiş liderin 25 illik gizli saxladığı sirri də ortaya çıxıb.

Belə ki, onun1986-cı ildə Amerika hücumunda ölən qızı Xananın otağı da tapılıb.

Bu arada xəbər verilib ki, Qəddafi rejiminin devrilməsindən sonra həbsxanalar boşaldılmağa başlanılıb. Müxalifət tərəfdarları məhkumluq həyatı yaşayan şəxsləri azadlığa buraxır.

Qəddafinin 1200 müsəlmanı öldürdüyü Əbu Səlim həbsxanası artıq tamamilə boşaldılıb. Həbsxanadan ümumilikdə 40 min dustağın azad edildiyi digərlərindən isə 25 min məhkumun sərbəst buraxıldığı bildirilib.


\"\"


\"\"


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə