İran yenə Türkiyəni sərt şəkildə günahlandırdı

İran yenə Türkiyəni sərt şəkildə günahlandırdı
İranın dini lideri Ayətullah Əli Xamneyinin ən yaxın adamlarından hesab edilən, İran məhkəmə qurumunun istefadakı rəhbəri Ayətullah Mahmud Haşimi Şəhrudidən Türkiyəyə qarşı sərt ittihamlar irəli sürülüb.
Şəhrudi Türkiyədəki islamı "liberal islam" qismində dəyərləndirərək deyib ki, Qərb bölgədə "gerçək islam" yerinə Türkiyədəki \"liberal islam\"ı yerləşdirməyə çalışır.
İranın \"Mehr\" agentliyinin xəbərinə görə, bir zamanlar məhkəmə qurumunun rəhbərliyində olan və dini lider Xamneyinin yaxın çevrəsindən sayılan Şəhrudi Türkiyənin liberal İslamı yayaraq Orta Şərqdə yaşanan hadisələri öz xeyrinə istifadə etməyə çalışdığını iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə