Atatürkün ölüm tarixi ilə bağlı yeni iddialar

Atatürkün ölüm tarixi ilə bağlı yeni iddialar
Türkiyə xalqının böyük öndəri Mustafa Kamal Atatürkün ölüm günü ilə bağlı maraqlı iddialar səsləndirilməkdədir. Belə ki, onun qohumlarından hesab edilən Mehmet Sadık Öke ‘Teyzem Latife’ (Lətifə xalam) adlı kitabında Ataürkün 9 noyabr 1938-ci ildə öldüyünü iddia edib. Tarixçilərə və arxivə görə isə Atatürkün sağlığıyla bağlı sənədlərdə təsdiq edilən nekroloq bütün bu iddiaları rədd edir.
CNN TÜRK xəbər agentliyinin məlumatına görə, Mustafa Kamal Atatürkün uzaq qohumlarından hesab olunan Mehmet Sadık Öke yazdığı kitabla Türkiyə ictimaiyyətində çaşqınlıq yaradıb. Böyük öndərin 10 deyil, 9 noyabrda öldüyü bildirilir.
Lakin tarixçilərə görə, bu imkansızdır. Çünki Atatürkün nekroloqunda ölüm günü və saatı kifayət qədər açıq göstərilmişdi. Atatürk öldüyü zaman yanında olan həkimi Mehmet Kamil Berkin İstanbul Üniversiteti Tibb tarixi muzeyində saxladığı və 1955-ci ildə ictimailəşdirən sənəddə də Türkiyə xalqının öndəri Mustafa Kamalın məhz 1938-ci ilin 9 noyabrında öldüyü qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə