Rusiyada bir neçə saat ərzində iki təyyarə qəzası baş verib

Rusiyada bir neçə saat ərzində iki təyyarə qəzası baş verib
Rusiyanın \"Barkol\" aviakompaniyasına məxsus Yak-40 təyyarəsi Anapa aeroportuna eniş edərkən qəzaya uğrayıb. Ria.ru-nun məlumatına görə, qəzadan bir neçə saat öncə, səhər saatlarında həmin qəzaya bənzər insident Novıy Urenqoy aeroportunda yaşanıb.
Mənbədən verilən xəbərə görə, eniş zamanı təyyarənin sol təkərinin dayağı çatlayıb, lakin buna baxmayaraq hər şey normal başa çatıb. Eyni zamanda bildirilib ki, təyyarə Moskvanın \"Vnukovo\" aeroportundan havaya qalxıb. Təyyarənin salonunda sərnişinlərin olmadığı bildirilir.
Bənzər hadisə Rusiyanın Novıy Urenqoy şəhərində də yaşanıb. Moskvanın \"Domodedovo\" aeroportundan havaya qalxan Yak-42 təyyarəsi eniş edərkən bu təyyarənin də sol təkəri sıradan çıxıb. Həmin təyyarə də uğurlu eniş edərək faciədən uzaqlaşa bilib. Yak-42 təyyarəsi \"İJ Avia\" aviakompaniyasına məxsusdur və onun salonunda 88 nəfər sərnişinin olduğu məlumatı verilib. Qəza nəticəsində onlardan heç biri xəsarət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə