İsrail Hərbi Hava Qüvvələri Qəzza sektoruna yeni zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Qəzza sektoruna yeni zərbələr endirib
İsrail hərbi hava qüvvələrinin səhər saatlarında Qəzzaya endirdiyi zərbələr nəticəsində yeddi nəfər həlak olub, 20 nəfər şəxs yaralanıb. Hava zərbələrinə məruz qalan ərazilərdən biri də Beyt-Ləhiyyə şəhəri olub. Həmin şəhərdə yerləşən idman kompleksi və orada toplaşan əhaliyə qarşı atəş açılıb. Həmçinin bombardmançı təyyarələr Fələstinin Misir ilə sərhədində yerləşən tuneli də hədəfə alıb. \"Rossiya 24\" telekanalının verdiyi məlumata görə, İsrail hərbi hava qüvvələri Qəzza sektorunu avqustun 18-dən başlayaraq bombardman altında saxlamaqdadır. Xatırladaq ki, həmin ərəfədə terroristlərin İsrail vətəndaşlarına açdıqları atəş nəticəsində səkkiz yəhudi vətəndaşı həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə